...

Azərbaycanda "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"ı təsdiqlənib

Cəmiyyət Materials 24 İyun 2014 12:43
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiqləyib.
Azərbaycanda "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"ı təsdiqlənib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nı təsdiqləyib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni qaydalar uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə hazırlanıb.

Yeni qaydalar imzalandığı üçün Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" qüvvədən düşmüş hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti