...

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Bakıda atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 11 İyul 2014 15:21 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin növbəti ildönümü münasibətilə Bakıda konsert və atəşfəşanlıq olacaq.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Bakıda atəşfəşanlıq olacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Bakıda konsert və atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də Milli Parkda möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

BŞİH paytaxt sakinlərinə müraciət edərək onları müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycabnda rəhbərliyə gəlməsinin ildönümü münasinətilə iyulun 14-də saat 21:00-da Milli Parkda Saat qülləsinin yanında təşkil olunacaq bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti