...

ETSN Zaqatala qoruğunun ərazisində çətənə olduğu güman edilən bitkinin əkilməsi faktı ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 17 İyul 2014 18:05 (UTC +04:00)
İyulun 16-da Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə yegerinin məlumatı əsasında Qoruq əməkdaşlarının, Balakən rayon Polis Şöbəsinin və Zaqatala Sərhəd Dəstəsinin hərbçilərinin iştirakı ilə Qoruq ərazisində operativ reyd keçirilib.
ETSN Zaqatala qoruğunun ərazisində çətənə olduğu güman edilən bitkinin əkilməsi faktı ilə bağlı məlumat yayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyul /Trend/

İyulun 16-da Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə yegerinin məlumatı əsasında Qoruq əməkdaşlarının, Balakən rayon Polis Şöbəsinin və Zaqatala Sərhəd Dəstəsinin hərbçilərinin iştirakı ilə Qoruq ərazisində operativ reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bu gün verilən məlumata görə, reyd zamanı Qoruğun Gərəkli sahəsinin 2 saylı dolayında ölçüləri 8x5 metr və 30x40 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 778 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib. Bitkilər polis əməkdaşları tərəfindən qanunamüvafiq qaydada götürülüb.

Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruq əməkdaşlarının, Daxili Qoşunlar və Sərhəd Qoşunları heyətinin, Zaqatala və Balakən rayon Polis Şöbələrinin əməkdaşlarının iştirakı ilə xüsusi əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti