...

Güclü külək Samuxun bir neçə kəndini işıqsız qoyub

Cəmiyyət Materials 21 İyul 2014 12:30 (UTC +04:00)
Ötən gün axşamdan Samuxda müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar törədib.
Güclü külək Samuxun bir neçə kəndini işıqsız qoyub

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Ötən gün axşamdan Samuxda müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar törədib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla, ondan artıq yaşayış məntəqəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. Buna səbəb irigövdəli ağacların aşaraq elektrik naqilləri və dirəklərini yarasız hala salması olub.

Gecə saatlarından başlayaraq rayonun aidiyyəti strukturlarının əməkdaşları fəsadların aradan qaldırılmasına cəlb olunublar və rayon mərkəzi ilə bir neçə kənddə elektrik enerjisinin verilişi bərpa olunub.

Hazırda digər yaşayış məntəqələrində də bu istiqamətdə iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti