...

Təhsil naziri: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların sayı bu il 3000-ə çata bilər

Cəmiyyət Materials 22 İyul 2014 12:26
2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbacan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının bu il 3000-ə çatacağı gözlənilir.
Təhsil naziri: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların sayı bu il 3000-ə çata bilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının bu il 3000-ə çatacağı gözlənilir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk tələbələrlə keçirdiyi görüş zamanı deyib.

Nazirin sözlərinə görə, bu gün də həmin proqram genişlənir və hər bir Azərbaycan vətəndaşı bundan faydalanmaq hüququna malikdir: "Әminəm ki, gələcəkdə təhsilinizi uğurla başa catdırdıqdan sonra cəmiyyətin inkişafında mühüm rol oynayacaqsınız. Qloballaşan dünyada siz öz rəqabət qabiliyyətinizi xaricdəki ali məktəblərə qəbul olmaqla sübut etmisiniz. Ancaq sizin gələcək uğurlarınızın əldə olunması üçün yalnız bu amil kifayət etmir. Aydın məqsəd və bunlara nail olmaq üçün zəhmət və əziyyət lazımdır, günlərlə, aylarla arzularınıza çatmaq üçün öz üzərinizdə işləməlisiniz".

M.Cabbarovun sözlərinə görə, Azərbaycan öz vətəndaşları üçün həm təhsil, həm də yaşayış xərclərini əhatə edən təhsil proqramları tətbiq edən nadir ölkələrdən biridir. Bu da Azərbyacanın sosial yönümlü dövlət olmasından, təhsilə əhəmiyyət verməsindən irəli gəlir.

Nazir qeyd edib ki, dövlət proqramında iştirak etməyin əsas şərtlərindən biri tələbənin akademik göstəricisinin yüksək olmasıdır. Ancaq hər bir tələbə Azərbaycanın müvafiq dövlətlərində yerləşən səfirliklərlə sıx münasibətdə olmalıdır: "Bu gün dünyanın hər bir ölkəsində Azərbaycanın tarixi həqiqətləri, Qarabağ münaqişəsi, tarixi, resursları barədə məlumatlar bədnam qonşular tərəfindən təhrif olunmuş şəkildə yayılır. Bu reallıqların çatdırılmasında hər birinizin öz töhfəsi ola bilər. Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, səfirliklərlə əlaqədə olmaq və bu istiqamətdə fəaliyyət göstərmək vətəndaşlıq borcudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti