...

ETSN: Hirkan Milli Parkında yanğın tam söndürülüb

Cəmiyyət Materials 23 İyul 2014 11:25 (UTC +04:00)
ETSN-dən Trend-ə verilən məlumata görə, ilkin hesablamalara əsasən, Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.
ETSN: Hirkan Milli Parkında yanğın tam söndürülüb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış, sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın 23 iyul 2014-cü il tarixində səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürülüb.

ETSN-dən Trend-ə verilən məlumata görə, ilkin hesablamalara əsasən, Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A dolayında yanğın lokallaşdırılsa da közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.

Hazırda ETSN-nin150-dək əməkdaşı, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi Razvandaband meşəbəyliyinin 23 A dolayında közərtilərin tam olaraq söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti