...

Müasir Gəncə heyranedici yenilikləri ilə… (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2014 17:12 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Gəncəni birgə tanıyaq” adlı tur-aksiya keçirilib.
Müasir Gəncə heyranedici yenilikləri ilə…
 (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə "Gəncəni birgə tanıyaq" adlı tur-aksiya keçirilib. Turun əsas məqsədi region gənclərini şəhərin mədəni abidələri ilə tanış etmək olub. Dahi mütəfəkkir Nizami Gəncəvinin Məqbərəsini, Nizami Muzeyini, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyini, yeni salınmış parkları gəzən gənclər Gəncədəki yeniliklərə heyran qaldıqlarını dilə gətiriblər. Gəzinti zamanı gənclərə Gəncənin tarixi, yenilikləri və gələcək planları haqqında məlumatlar verilib, maraqlı müzakirələr aparılıb. Avropanın 2016-cı il üçün "Gənclər Paytaxtı" seçilən qocaman və müasir Gəncə buraya gələnlərin hər birini möhtəşəm yenilikləri ilə valeh edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti