...

TRT-nin Bakı təmsilçiliyinə yəni rəhbər təyin edilib

Cəmiyyət Materials 12 Avqust 2014 13:30 (UTC +04:00)
TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, TRT- nin gənc Bakı təmsilçisi Əmrah Timuçin Yazıcının vəzifə müddəti başa çatır.
TRT-nin Bakı təmsilçiliyinə yəni rəhbər təyin edilib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

TRT-nin Bakı təmsilçiliyinə yəni rəhbər təyin edilib.

TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, TRT- nin gənc Bakı təmsilçisi Əmrah Timuçin Yazıcının vəzifə müddəti başa çatır. Üç il Azərbaycanda fəaliyyət göstərən Əmrah Timuçin Yazıcı sentyabrda Türkiyəyə qayıdır. TRT Bakı Təmsilciliyinə yeni rəhbər Yıldıray Arslan təyin edilib.

Yıldıray Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları işıqlandıraraq dünyaya tanıtdıran ilk türkiyəli jurnalistlərdən biridir. Yıldıray Arslan həmin illərdə ümummilli lider Heydər Əliyevdən ilk müsahibəni alıb.

Eyni zamanda Y.Arslan TRT Xəbər və idman yayımları departamentinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycanlı bir xanımla ailə qurmuş Y.Arslan bir övlad sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti