...

Nobel Oil şirkəti Gəncədə yeni idman avadanlıqlarından ibarət meydançanı istiadəyə verib (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2014 11:05 (UTC +04:00)
Nobel Oil şirkəti korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiyasiyası ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni idman avadanlıqlarından ibarət meydançanı istiadəyə vermişdir.
Nobel Oil şirkəti Gəncədə yeni idman avadanlıqlarından ibarət meydançanı istiadəyə verib (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Nobel Oil şirkəti korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiyasiyası ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni idman avadanlıqlarından ibarət meydançanı istiadəyə vermişdir. Nobel Oil şirkətinin əməkdaşları Gəncədə "SOS Uşaq Kəndlər"ini ziyarət edərək açılış mərasimində iştirak etmişlər. Şirkət işçiləri uşaqlarla müxtəlif oyunlar oynamış və yeni idman meydançasında onların sevincini bölüşmüşlər.

SOS Uşaq Kəndləri Gəncə" layihəsinin rəhbəri Yaşar Qocayev Nobel Oil şirkətinə daimi göstərdiyi dəstək və əməkdaşlığa görə təşəkkürünü bildirərək, uşaqların fiziki və emosional inkişafı naminə edilən bu addımı yüksək qiymətləndirdiyini bildirdi.

Qeyd etmək lazımdır ki, Nobel Oil şirkəti SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiyasiyasının Gəncə şəhər filialı ilə 2012-ci ildən bəri əməkdaşlıq edir və onun layihələrinə həm paytaxt Bakıda, həm də Gəncədə dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti