...

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol bağlandı

Cəmiyyət Materials 25 Avqust 2014 10:09 (UTC +04:00)
Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol bağlandı

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-nə keçən gecə Bakı Dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-dək olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bu, eyni zamanda, Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı Dairəvi yolunun 4-cü km-dəki yolötürücüdən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı Dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti