...

"Azərbaycan vəkili" jurnalının dördüncü sayı işıq üzü görüb

Cəmiyyət Materials 3 Sentyabr 2014 17:10 (UTC +04:00)
"Azərbaycan vəkili" jurnalının dördüncü sayı işıq üzü görüb.
"Azərbaycan vəkili" jurnalının dördüncü sayı işıq üzü görüb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

"Azərbaycan vəkili" jurnalının dördüncü sayı işıq üzü görüb.

Trend xəbər verir ki, jurnalda tanınmış hüquqşünaslar və vəkillərin Azərbaycan cinayət prosesində preyudisiya, beynəlxalq hüquq normalarının implementasiyası, inzibati hüquq, Almaniya və Azərbaycandakı vərəsəlik hüququnun praktiki müqayisəsi və s. məsələlərlə bağlı məqalələr və müsahibələr toplanıb.

Jurnalda həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər, tanınmış hüquqşünasların həyat və faəliyyəti haqqında məlumatlar yer alıb.

"Vəkilin asudə vaxtı" adlı rublikada isə tanınmış vəkillərin işdən kənar məşğuliyyətləri və hobbiləri haqqında məlumatlar öz əksini tapmış, daha sonra isə dünyada vəkillər haqqında olan məzəli amma eyni zamanda reallığı əks etdirən maraqlı faktlar sadalanıb.

"Sualınıza vəkil cavab versin" rubrikasında isə peşəkar hüquqşünasların müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.

Jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti