...

Azərbaycanda jurnalistlər pulsuz müayinə olunublar

Cəmiyyət Materials 24 Sentyabr 2014 16:13 (UTC +04:00)
Azərbaycanda KİV nümayəndələri öz səhhətləri barədə məlumat almaq üçün növbəti dəfə pulsuz müayinə olmaq imkanı qazanıblar.
Azərbaycanda jurnalistlər pulsuz müayinə olunublar

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda KİV nümayəndələri öz səhhətləri barədə məlumat almaq üçün növbəti dəfə pulsuz müayinə olmaq imkanı qazanıblar.

Trend-in məlumatına görə, bu gün Respublika Diaqnostika Mərkəzində (RDM) media nümayəndələri üçün infotur təşkil edilib. İnfoturdan sonra jurnalistlər onları narahat edən problemlərlə bağlı müayinədən keçiblər.

Mərkəzin baş həkim əvəzi Ceyla Әhmədxanova jurnalistlərə bildirib ki, mərkəzdə tibbin bütün sahələri üzrə həm müayinə-diaqnostika, həm də müalicə üçün tam şərait yaradılıb: "Mərkəzin şüa-diaqnostika, oftalmologiya, kardiocərrahiyyə, təcili yardım, intensiv terapiya və reanimasiya kimi şöbələri ən son müasir texniki avadanlıqla təmin edilib. Respublikanın bu sahələrdə tanınıb-seçilən yüksək ixtisaslı kadrları da RDM-də toplaşıb".

C.Әhmədxanova deyib ki, Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk dəfə olaraq RDM-də İSO 15189 beynəlxalq standartına uyğun laboratoriya yaradılıb. Bu sertifikat həm xəstələrə, həm də həkimlərə RDM laboratoriyasında aparılmış analizlərin nəticələrinin dəqiqliyinə tamamilə arxayın olmaq imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti