...

Nazir müavini: Azərbaycanda son 7 ildə 600-ə yaxın səhiyyə müəssisəsi və xəstəxana açılıb

Cəmiyyət Materials 25 Sentyabr 2014 11:56 (UTC +04:00)
Son 7 il ərzində Azərbaycanda 600-ə yaxın yeni səhiyyə müəssisəsi və xəstəxana açılıb.
Nazir müavini: Azərbaycanda son 7 ildə 600-ə yaxın səhiyyə müəssisəsi və xəstəxana açılıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Son 7 il ərzində Azərbaycanda 600-ə yaxın yeni səhiyyə müəssisəsi və xəstəxana açılıb.

Trend xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsəvər Ağayev bu gün Bakıda "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group Plc" şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - BIHE, 9-cu Azərbaycan Beynəlxalq Stomatologiya , 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2014") sərgilərinin açılış mərasimində bildirib.

Onun fikrincə, bu xəstəxanaların müasir avadanlıqlar və dərmanlarla təchiz edilməsində səhiyyə sərgilərinin rolu böyükdür.

Nazir müavini qeyd edib ki, Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi artıq adət halını alıb və hər il onun iştirakçıların sayı daha da artır, Azərbaycan səhiyyəsi dünya səhiyyəsinə inteqrasiya edir.

E.Ağayev bildirib ki, builki sərgidə 17 ölkədən 147 şirkət iştirak edir. Ənənəvi olaraq səhiyyə sərgisi ilə yanaşı, artıq 9 ildir stomatologiya sərgisi, 8 ildir estetik tibb sərgiləri keçirilir.

Sərginin açılışında çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu sərgilər iqtisadi sahədə əldə edilən nailiyyətləri əks etdirir.

Sərgi sentyabrın 27-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti