...

ARGTMŞ: Beynəlxalq gənclər forumunun yekunu üzrə Qəbələ bəyannaməsi qəbul olunacaq

Cəmiyyət Materials 2 Oktyabr 2014 16:54 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 2 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Qəbələdə keçirilən "Nifrət nitqinə yox!" beynəlxalq gənclər forumunun yekunu üzrə Qəbələ bəyannaməsi qəbul olunacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, bu, Avropada ən iri tədbirlərdən biridir və forumun Azərbaycanda keçirilməsi azərbaycanlı gənclərin Avropa ailəsinə inteqrasiyası üçün çox vacib xarakter daşıyır.

Ş.Seyidzadə qeyd edib ki, bəyannamədə mövcud olduğu iki ildə kampaniyanın işinin nəticələri üzrə qərar, gələcək əməkdaşlığın inkişaf planları və məqsədləri əks olunacaq: "Bununla da Qəbələ forumu tarixi olacaq".

Qeyd edək ki, bu gün Qəbələdə "Nifrət nitqinə yox!" gənclər hərəkatının beynəlxalq forumu öz işinə başlayıb. Forum Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilində Azərbaycanın Gənclər və İdman, Xarici İşlər nazirlikləri və ARGTMŞ-nin dəstəyi ilə keçirilir.

Tədbirdə Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edir.

Bu kampaniya Avropa Şurası tərəfindən keçirilir və 2012-ci ildə keçirilən "Nifrət nitqinə qarşı onlayn hərəkat" layihəsinin bir hissəsidir. Azərbaycan kampaniyaya 2013-cü ilin aprelində qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti