...

Azərbaycanda cəza çəkməkdən azad edilmiş 3550 nəfər birdəfəlik müavinətlə təmin edilib

Cəmiyyət Materials 16 Oktyabr 2014 18:19 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən cari ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 550 nəfər birdəfəlik pul müavinəti ilə təmin edilib.
Azərbaycanda cəza çəkməkdən azad edilmiş 3550 nəfər birdəfəlik müavinətlə təmin edilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən cari ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 550 nəfər birdəfəlik pul müavinəti ilə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə əsasən, minimum əməkhaqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Eyni zamanda, hesabat dövründə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən ibarət olmaqla 1560 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.

Ermənistanın müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 498 nəfər isə kompensasiya ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti