...

Abituriyentlər, bu sualların cavabını indidən öyrənə bilərsiniz

Cəmiyyət Materials 30 Oktyabr 2014 17:39 (UTC +04:00)
Azərbaycan dili fənni üzrə test toplusu nəşr olunub.
Abituriyentlər, bu sualların cavabını indidən öyrənə bilərsiniz

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan dili fənni üzrə test toplusu nəşr olunub.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən bildirir ki, topluya komissiya tərəfindən 1994-2014-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda - ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə, hərbi məktəblərə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir.

Topludakı test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır.

Toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti