...

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 911 942 nəfərə yüksəlib

Cəmiyyət Materials 6 Noyabr 2014 11:24 (UTC +04:00)
2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 911 942 nəfərə yüksəlib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb.

Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 911 942 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,05 faizi (1 719 281 nəfər) kişi, 40,95 faizi (1 192 661 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,9 faizini (697 439 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23.9 faizini (696 952 nəfər) 30-40 yaş aralığında olan vətəndaşlar, 21,6 faizini (627 993 nəfər) 40-50 yaş aralığında olan vətəndaşlar, 20,5 faizini (598 752 nəfər) 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini (294 032 nəfər) 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti