...

Akif Təvəkküloğlunun doğum günüdür

Cəmiyyət Materials 1 Dekabr 2014 12:12 (UTC +04:00)
Bu gün Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun doğum günüdür.
Akif Təvəkküloğlunun doğum günüdür

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Bu gün Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun doğum günüdür.

Trend-in məlumatına görə, A.Təvəkküloğlu mətbuata açıqlamasında deyib ki, bu gün Milli Məclisin əməkdaşlarından biri olduğuna görə xoşbəxtdir: "Bunun üçün ölkə rəhbərliyinə, Milli Məclis rəhbərliyinə həddindən artıq minnədaram ki, bu kollektivdə işləyirəm. Dövlət üçün necə AzTV-də çalışırdımsa, burada da çalışıram ki, bütün gücüm, qabiliyyətim, nə varsa, üzərimə düşən işin öhdəsindən layiqincə gəlim".

Qeyd edək ki, Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.

Əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. Mətbuata, jurnalistikaya olan meyli və istedadı onu bu sahəyə gətirib. Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti