...

Jurnalist Xədicə İsmayılova həbs olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Dekabr 2014 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

Jurnalist Xədicə İsmayılova həbs olunub.

Trend-in məlumatına görə, bu barədə bu gün Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X.İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, "Azadlıq" radiosunun Azərbaycan bölməsinin əməkdaşı X.İsmayılova bu gün Bakı Şəhər Prokurorluğuna çağırılıb. O, "Azadlıq" radiosunun və "Meydan TV"-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Xatırladaq ki, oktyabrın 21-də Dənizkənarı Milli Parkda T.Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti