...

Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsindən danışdı

Cəmiyyət Materials 8 Dekabr 2014 11:28 (UTC +04:00)
Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin ABŞ Dövlət Departamenti tərəfindən etirazla qarşılanmasına mübasibət bildirib.
Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsindən danışdı

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin ABŞ Dövlət Departamenti tərəfindən etirazla qarşılanmasına mübasibət bildirib.

Trend-in məlumatına görə, Bahar Muradova jurnalistlərə deyib ki, Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır: "Bununla bağlı ölkə xaricində və daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsəduyğun deyil. Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, bu, cəmiyyət üçün o qədər də maraqlı deyil".

Vitse-spiker deyib ki, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil. Çünki bu, tərəflər arasında olan fərdi problemdir: "Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır. Nəinki cəmiyyət, hec xarici dairələr, ABŞ Dövlət Departamenti də bu məsələlərdən narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti