...

TRT-nin baş direktoru: Azərbaycan mövzusu Türkiyə mediası üçün prioritetdir

Cəmiyyət Materials 11 Dekabr 2014 13:10 (UTC +04:00)
Azərbaycanla bağlı olan mövzular Türkiyə mediası üçün prioritetlərdən biridir.
TRT-nin baş direktoru: Azərbaycan mövzusu Türkiyə mediası üçün prioritetdir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycanla bağlı olan mövzular Türkiyə mediası üçün prioritetlərdən biridir. Bunu Türkiyənin TRT telekanalının baş direktoru Şenol Göka cümə axşamı Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, mütəmadi olaraq guya Türkiyə KİV-in Azərbaycanla bağlı hadisələri kifayət qədər fəal şəkildə işıqlandırmadığına dair fikirlər səsləndirilir: "Bu, həqiqəti əks etdirmir. Ölkələrimiz bütün sahələrdə, o cümlədən KİV sahəsində əməkdaşlıq edir".

Ş.Göka qeyd edib ki, Azərbaycan və Türkiyə bu sahədə əlaqələri möhkəmləndirməyi davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti