...

SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb

Cəmiyyət Materials 5 Yanvar 2015 13:59 (UTC +04:00)
Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.
SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.

Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər.

Bununla SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb, ixtisasların sayı da artaraq, 33-dən 37-yə yüksəlib.

Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.

SABAH qrupları ali təhsil sistemində yeni mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini təmin etmək məqsədi ilə yaradılıb. SABAH qruplarında oxuyacaq aztəminatlı tələbələr yataqxana və yeməklə təmin olunur. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi də xüsusi qaydada aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti