...

20 Yanvar faciəsi TRT kanalları vasitəsilə dünyaya çatdırılacaq

Cəmiyyət Materials 19 Yanvar 2015 10:37 (UTC +04:00)
20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanallları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.
20 Yanvar faciəsi TRT kanalları vasitəsilə dünyaya  çatdırılacaq

Azərbaycan, Bakı, 19 Yanvar /Trend/

20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanallları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq. Bu barədə TRT-nin Bakı nümayəndəliyindən Trend ə daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, TRT-nin Bakı nümayəndəsi Yıldıray Arslan 20 yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.

TRT-nin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı verilişlər "TRT Haber", "TRT Avaz" və "TRT Türk" kanallarında yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti