...

Azərbaycan parlamenti telekanalları sosial çarxları az yayımlamaqda suçladı

Cəmiyyət Materials 2 Fevral 2015 17:15 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən iclasda televiziya və radio kanallarında sosial reklamların az olduğunu diqqətə çatdırıb.
Azərbaycan parlamenti telekanalları sosial çarxları az yayımlamaqda suçladı

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən iclasda televiziya və radio kanallarında sosial reklamların az olduğunu diqqətə çatdırıb.

Trend-in məlumatına görə, "Reklam haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı O.Əsədov əhalinin maarifləndirilməsi baxımdan sosial reklamların artırılmasının vacibliyini vurğulayıb.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, televiziya və radio kanalları sosial reklamları gecə verirlər: "Çünki günorta xəbərlərarası reklamın qiyməti kifayət qədər yüksəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti