...

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə laboratoriya yaradılır

Cəmiyyət Materials 15 Fevral 2015 10:00 (UTC +04:00)
Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriya yaradır.
Azərbaycanda informasiya təhlükəsizliyi üzrə laboratoriya yaradılır

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriya yaradır. Bu barədə Trend-ə Mərkəzdən məlumat veriblər.

Laboratoriya yaxın aylarda yaradılacaq. Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.

Analizin aparılması üçün proqram-aparat komplekslərinin alınması planlaşdırılır. İnformasiya təhlükəsizliyi sistemlərinin analizi kompüter şəbəkələrinin cinayətkarların hücumlarından müdafiəsini təmin etməyə və çatışmazlıqları üzə çıxartmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti