Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/
Bakıda avaralıq edən və dilənçiliklə məşğul olan şəxslərə protokol yazıldı.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Çevik Polis Alayı, Nərimanov RPİ, 16-cı PB, 17-ci PB, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində avara həyat tərzi keçirən və dilənçiliklə məşğul olan 3 qadın, 3 azyaşlı müəyyən olunaraq barələrində protokol tərtib olunub.