...

TRT Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində səsli lüğət hazırlayır

Cəmiyyət Materials 18 Fevral 2015 14:37 (UTC +04:00)
TRT türk dünyası üçün əhəmiyyətli layihə həyata keçirir.
TRT Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində səsli lüğət hazırlayır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

TRT türk dünyası üçün əhəmiyyətli layihə həyata keçirir.

TRT-nin Bakı nümayəndəliyindən Trend-ə bildiriblər ki, TRT-nin Təhsil Departamenti 6300 sözü Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində tələffüz edərək, səsli lüğət şəklində toplamağa qərar verib.

TRT-nin baş direktoru Şenol Gökanın rəhbərliyi altında həyata keçirilən layihə çərçivəsində 6300 söz Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində tələffüz edilərək lentə alınır. Layihədə Türkiyənin Mədəniyyət Nazirliyi və Türk Dil Qurumunun lüğətlərindən də istifadə olunur.

Səsli lüğət layihəsi qısa müddət ərzində tamamlanaraq TRT-nin internet səhifəsində mobil versiya şəklində istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti