...

Əmlak Məsələləri Dövlət Komitəsi ittihamlara aydınlıq gətirdi

Cəmiyyət Materials 19 Fevral 2015 13:13 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi mətbuatda gedən yazılara münasibət bildirdi.
Əmlak Məsələləri Dövlət Komitəsi ittihamlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsi mətbuatda gedən yazılara münasibət bildirdi.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, son günlər bəzi KİV-də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı "6 milyonluq əmlak 85 minə necə satıldı?", "Əmlak Komitəsinin "səhvi" büdcənin "başında çatlayır" və digər başlıqlar altında yazılar dərc edilib:

"Məqalədə guya "Gəncə Pambıq Əyrici" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən naməlum şəxslərə satılması, bu prosesdə hansısa israfçılığa yol verilməsi və dəyərindən aşağı qiymətə özəlləşdirilməsi kimi əsassız və heç bir həqiqətə uyğun olmayan məlumatlar əks olunmuşdur.

Bu məlumatlar yalan olaraq, şər və böhtan xarakteri daşımaqla Əmlak Məsələləri Dövlət Komitəsinin işgüzar nüfuzuna xələl gətirilməsi məqsədi ilə qəsdən yayımlanmışdır.

Belə ki, sözügedən məlumatlarda adı çəkilən "Gəncə Pambıq Əyrici" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qərar qəbul edilməmiş, həmin təşkilatın səhmləri və ya balansında olan əmlakı satışa çıxarılmamışdır. Qeyd edilən müəssisə nizamnamə kapitalı bütövlüklə dövlətə məxsus "Gəncə Pambıq Əyrici" məhdud məsuliyyətli cəmiyyət formasında dövlət müəssisəsi kimi fəaliyyət göstərməkdədir.
Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar hazırlanarkən komitədən heç bir məlumat alınmamış və münasibət öyrənilməmişdir.

Bütün bunları nəzərə alaraq hazırda dövlət müəssisəsi kimi fəaliyyət göstərən "Gəncə Pambıq Əyrici" məhdud məsuliyyətli cəmiyyəti ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mövqeyinin göstərilməsi məqsədəuyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti