Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/
Avaralıq və dilənçiliklə məşğul olan 21 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci və 18-ci Polis Bölmələri, Nəsimi RPİ və Çevik Polis Alayı əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 21 nəfər saxlanılıb.
Onların barəsində protokol tərtib edilib və xəbərdarlıq edildikdən sonra buraxılıblar.