...

Azərbaycanda narkomanlığın vəziyyəti necədir? - yeni hesabat

Cəmiyyət Materials 16 Mart 2015 23:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycanda "Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair ölkə məruzəsi" hazırlanıb.

Trend-in Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan və ingilis dillərində hazırlanmış məruzədə komissiyanın İşçi Qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər, həmçinin aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əksini tapıb.

Məruzədə bu tədbirlərin nəticələri, narkotiklərlə əlaqəli cinayət faktlarının ümumi statistikası, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, eləcə də müsadirə olunmuş narkotiklərin məhvi prosesi, Dövlət Komissiyasının təşkilatçılığı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, beynəlxalq qurumlarla bu sahədə aparılan işlər barədə məlumatlar yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti