...

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Cəmiyyət Materials 24 Mart 2015 12:27 (UTC +04:00)
Bu gündən başlayaraq yaxın 2-3 gün ərzində paytaxt Bakıda hava şəraiti mülayimləşəcək, temperatur tədricən yüksələcək. Azərbaycanın bölgələrində isə sabahdan başlayaraq yağıntılar kəsəcək.
Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən başlayaraq yaxın 2-3 gün ərzində paytaxt Bakıda hava şəraiti mülayimləşəcək, temperatur tədricən yüksələcək. Azərbaycanın bölgələrində isə sabahdan başlayaraq yağıntılar kəsəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, martın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 25-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti