...

Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2015 16:53 (UTC +04:00)
Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb
Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibəti ilə poçt markası nəşr etdirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 20 qəpik təşkil edir.

Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti