...

"SABAH-ın könüllüsü" təqdim olunub (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2015 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bakı Dövlət Universitetində (BDU) SABAH qrupları üzrə "SABAH-ın könüllüsü" proqramının təqdimatı keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri BDU üzrə SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açıb. O, tələbələrə "SABAH-ın könüllüsü" proqramı və onun yaradılması haqqında qısa məlumat verib.

Sonra "SABAH-ın könüllüsü" komandasının BDU üzrə supervayzerləri özlərini SABAH qrupları tələbələrinə təqdim edib və proqram çərçivəsində görüləcək işlər barədə məlumat veriblər.

Daha sonra əvvəlcədən elan olunmuş "SABAH-ın ideyası" müsabiqəsinin qalibi elan edilib. Qalib Kimya fakültəsinin II kurs tələbəsi Naibə Elestun qızı Cəbiyeva olub.

Tədbirin sonunda tələbələrin hazırladığı "SABAH-ın fəaliyyəti" videoçarxı nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti