...

Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu

Cəmiyyət Materials 20 Aprel 2015 10:31 (UTC +04:00)
Azərbaycanda şagirdlər üçün keçirilən respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb.
Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda şagirdlər üçün keçirilən respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb. Olimpiadada iştirak edən məktəblilərin göstərdikləri nəticələr açıqlanıb.

Təhsil Nazirliyindən (TN) Trend-ə verilən məlumata görə, şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələri kodlaşdırılaraq münsiflər heyətinə təhvil verilib. Müvafiq yoxlamadan sonra nəticələr müəyyənləşdirilib.

Nəticələr TN-nin rəsmi internet saytında (www.edu.gov.az) və "Facebook" səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti