...

AMEA-da Qənaət Fondunun yaradılması təklif edilir

Cəmiyyət Materials 2 İyun 2015 18:19 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qənaət Fondunun yaradılması təklif edilir.
AMEA-da Qənaət Fondunun yaradılması təklif edilir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qənaət Fondunun yaradılması təklif edilir.

Trend-in məlumatına görə, AMEA Azad Həmkarlar İttifaqının sədri İsa Alıyev qurumun 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə bildirib ki, hazırda bəzi məsələlərin həlli üçün maliyyə vəsaitinin çatışmazlığı var.

O deyib ki, Qənaət Fondunun yaradılmaması çatışmazlıqlardan biri hesab oluna bilər: "Əgər AMEA sistemindəki hər bir institut müəyyən qədər maliyyə vəsaitinə qənaət etsə, toplanmış həmin vəsaitlərin hesabına alimlər üçün müəyyən işlər görülə bilər".

İ.Alıyev işçilərin əmək intizamına lazımi səviyyədə əməl olunmadığını da söyləyib.

Onun sözlərinə görə, nəşriyyat, kommersiya fəaliyyəti, sahibkarlıqla məşğul olma da qarşıda duran əsas vəzifələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti