...

Çin dili üzrə VIII ümumdünya müsabiqəsinin Azərbaycan üzrə seçmə turu başa çatıb

Cəmiyyət Materials 18 İyun 2015 15:31 (UTC +04:00)
Bakı Dövlət Universitetinin BDU-nun nəzdindəki Konfutsi İnstitutunda bütün dünya məktəblilərinin Konfutsi İnstitutlarının iqamətgahı (Xanban) tərəfindən təşkil olunmuş “Çin dili körpüsü” adlı Çin dili üzrə VIII ümumdünya müsabiqəsinin Azərbaycan üzrə seçmə turu uğurla başa çatıb.
Çin dili üzrə VIII ümumdünya müsabiqəsinin Azərbaycan üzrə seçmə turu başa çatıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Bakı Dövlət Universitetinin BDU-nun nəzdindəki Konfutsi İnstitutunda bütün dünya məktəblilərinin Konfutsi İnstitutlarının iqamətgahı (Xanban) tərəfindən təşkil olunmuş "Çin dili körpüsü" adlı Çin dili üzrə VIII ümumdünya müsabiqəsinin Azərbaycan üzrə seçmə turu uğurla başa çatıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən olan direktoru Xu Fenxua açıb. Tədbirdə BDU-nun prorektoru, professor İradə Əliyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Müsabiqə beş hissədən - yazılı imtahan, yoxlama, nitq, Çin mədəniyyətinə dair sual-cavab və Çin bədii çıxışlarının nümayişindənibarət olub.

Müsabiqənin münsiflər heyətinin seçimindən sonra Bakı Dövlət Universitetinin nəzdindəki orta məktəbin və beş digər orta məktəbin 10 şagirdi finalda iştirak etmək hüququ qazanıb. Kəskin rəqabət şəraitində BDU-nun nəzdindəki orta məktəbin yetirməsi olan Murad müsabiqədə birinci dərəcəli mükafat, 55 nömrəli orta məktəbin şagirdi Su Xan ikinci dərəcəli mükafat alıblar. Onların hər ikisi final müsabiqəsində iştirak edəcək və Çində başqa mərhələlərdə təhsil alacaqlar. Digər müsabiqəçilər üçüncü dərəcəli mükafat və sertifikatlar təltif olunub. Mükafatları onlara prorektor İradə Əliyeva təqdim edib.

Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq keçirilib. BDU-nun nəzdindəki Konfutsi İnstitutunun rəhbərləri və müəllimləri mövzuların planlaşdırılmasından, təklif olunmasından, imtahan işlərinin yoxlanılmasından müsabiqəyədək bütün proses boyu səylə layihələşdirib həyata keçiriblər. Sonda istənilən nəticə əldə edilib.

Qeyd edək ki, bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi Konfutsi İnstitutlarının qərargahı (Xanban) tərəfindən Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 8 belə müsabiqə uğurla keçirilib. Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub. Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub. Azərbaycan Respublikası üzrə seçmə turun keçirilməsi Azərbaycan məktəblilərinin ilk dəfə olaraq Çində "Çin dili körpüsü" müsabiqəsində iştirak etməsinə imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti