...

İyunun 30-da saat 23:58-də kompüterlərinizi 5 dəqiqəlik söndürün

Cəmiyyət Materials 24 İyun 2015 16:50 (UTC +04:00)
2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib.
İyunun 30-da saat 23:58-də kompüterlərinizi 5 dəqiqəlik söndürün

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib.

Trend Mərkəzə istinadən məlumat verir ki, 2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib. Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

Mərkəzin xəbərdarlığında deyilir: "Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məhşur veb-saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxmışdı. Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu vaxtı atom saatına əsasən tənzimləyir. Nəticədə vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə yanlışlıq kimi anlayaraq öz fəaliyyətini dayandıra bilərlər.

Bununla bağlı mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqə müddət ərzində kompüterləri söndürməyi tövsiyə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti