AZAL aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirdi

AZAL aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Hava Yolları aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətlərinə yenidən baxılması və azaldılması ilə bağlı konkret tapşırıq verib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, "Azərbaycan Hava Yolları" QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.

Aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır.

Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:

- Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz),

- Bakı-İstanbul-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),

- Bakı-Dubay-Bakı reysi üzrə aviabiletlərin qiyməti 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcək.

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaq.

Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn, Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və s.

Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri ("lou-kost") təcrübəsinin tətbiqinə başlayıb. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.

Standart "lou-kost" modelindən fərqli olaraq AZAL-ın "lou-kost" xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödənişin alınmayacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcək. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.

AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılıb və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, aviaxidmətlərdən istifadə etmək istəyənlər üçün geniş seçim imkanları yaradılıb.

Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabər imkanlar yaradılıb. Macarıstanın "WizzAir" şirkətinə gəldikdə, onlara cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi, güzəştli şərtlər təklif edilib. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.

Bundan başqa, Azərbaycanın bütün hava limanlarında xarici şirkətlər tərəfindən 3-cü ölkələrə (tranzit) uçuşların həyata keçirilməsi üçün imkan yaradılıb.

Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilib.

marşrut,

hər iki istiqamətə

hazırda

dəyişiklik-dən

sonra

azalma, avro

azalma, %

1

Antalya

436

350

86

20%

2

Bodrum

436

350

86

20%

3

İzmir

436

350

86

20%

4

Dalaman

436

350

86

20%

5

Ankara

366

278

88

24%

6

İstanbul

277

219

58

21%

7

Moskva

406

321

85

21%

8

Dubay

272

216

56

21%

9

Kiyev

352

256

96

27%

10

Roma

509

397

112

22%

11

Tbilisi

183

147

36

20%

12

Aktau

222

172

50

23%

13

Lvov

478

337

141

30%

14

Mineralnıye Vodı

239

185

54

23%

15

Sankt-Peterburq

403

307

96

24%

16

London

464

366

98

21%

17

Milan

500

388

112

22%

18

Berlin

475

371

104

22%

19

Praqa

503

389

114

23%

20

Nyu York

755

597

158

21%

21

Pekin

505

389

116

23%

22

Tel-Əviv

445

343

102

23%

23

Paris

525

413

112

21%

24

Tehran

236

182

54

23%

25

Rostov-na-Donu

319

247

72

23%

26

Barselona

494

382

112

23%

27

Bişkek

390

296

94

24%

28

Novosibirsk

377

285

92

24%

29

Krasnoyarsk

361

275

86

24%

30

Perm

401

305

96

24%

31

Nijni Novqorod

381

287

94

25%

32

Kazan

316

236

80

25%

33

Yekaterinburq

311

249

62

20%

34

Minsk

372

280

92

25%

Ən ucuz tariflər ekonom-klass yerlərin 30%-ə aiddir.

"Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli reysləri

("lou-kost")

marşrut, bir istiqamətə

qiymət, avro

bir baqaj üçün əlavə ödəniş, avro

yerlərin ümumi sayı

ekonom-klass yerlərin sayı

1

Antalya

99

25

105

105

2

İstanbul

99

25

105

105

3

Moskva

99

25

105

105

4

Dubay

99

25

105

105

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə olunur (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Bütün xəbərlər