...

SABAH qrupları üzrə baza ali məktəbləri və ixtisasların sayı artırılır

Cəmiyyət Materials 29 İyul 2015 15:17 (UTC +04:00)
Təhsil Nazirliyi ölkənin ali məktəblərində təhsil alan tələbələr üçün SABAH qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsini genişləndirir.
SABAH qrupları üzrə baza ali məktəbləri və ixtisasların sayı artırılır

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi ölkənin ali məktəblərində təhsil alan tələbələr üçün SABAH qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsini genişləndirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti tədris ilindən 7 baza ali təhsil müəssisəsinin sırasına daha 4-ü - Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti də daxil olacaq. Bu, SABAH qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır. Ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb.

Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.

SABAH qrupları əmək bazarının artan tələblərinə müvafiq olaraq tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini təmin etmək məqsədilə yaradılıb. SABAH qruplarında oxuyacaq aztəminatlı tələbələr yataqxana və yeməklə təmin olunur. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi də xüsusi qaydada aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti