...

Bakının orta məktəblərinə yeni direktorların təyinatı gözlənilir

Cəmiyyət Materials 1 Avqust 2015 11:15 (UTC +04:00)
Bakı şəhərindəki orta məktəblərə yeni direktorların təyinatı gözlənilir.
Bakının orta məktəblərinə yeni direktorların təyinatı gözlənilir

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı şəhərindəki orta məktəblərə yeni direktorların təyinatı gözlənilir. Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən il Bakının orta məktəblərinin 15 direktoru yeni təlimdən keçmiş və müvafiq imtahan vermiş direktorla əvəz edilib. Bu il bu sayın 2-3 dəfə artırılması planlaşdırılır.

İ.Nağıyev əlavə edib ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrları üçün müvafiq təlimlər keçirilir. Lakin bu təlimlərdə iştirak üçün müsabiqə şərtləri də çətindir. Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən edilir. Bu təlimlərdə namizədlər 5-6 ay ərzində tədrisdən əlavə, müvafıq idarəetmə bilik və bacarıqları- büdcə planlaşdırılması, maliyyə, statiska sahələrini də öyrənirlər. Serifikat aldıqdan sonra Təhsil Nazirliyindəki müvafiq komissiya yenidən onların bilik və bacarığını yoxlayır. Çünki təlimlər ali məktəblərin bazalarında aparılır, onların sertifikatları təyinatın aparılması üçün hələ yetərli deyil. Ona görə də nazirliyin müvafiq komissiyası onları bir daha yoxlayır, ondan sonra artıq təyinat aparılır".

Xatırladaq ki, hazırda təlimlər Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edir. Bakı şəhərində təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanda iştirak edir, imtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı" təqdim olunur. "Uğur sertifikatı" əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunur. Gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti