Azərbaycan, Bakı, 31 avqust /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Nizami rayonunda
- Ş.Mirzəyev küçəsi, 68A ünvanında Vahid Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nərimanov rayonunda
- C.Hacıbəyli küçəsi, 38 ünvanında Rəşid Abışova məxsus mağazada;
- Əhmədbəy Ağa oğlu küçəsi, 6 ünvanında İlham İmanova məxsus mağazada;
- Ə.Əliyev küçəsi, 36A ünvanında Azər Mustafayevə məxsus mağazada;
Nizami rayonunda
- B.Nuriyev küçəsi, 52 ünvanında Davud Məmmədova məxsus mağazada;
Ucar rayonunda
- Qarabörk kəndində Elman Məmmədova məxsus yeməkxanada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
- 9-cu mikrorayonnda Gülbəniz Bədəlovaya və Ceyhun Əliyevə məxsus mağazalarda;
- C.Xəndan küçəsi, 2 ünvanında Namiq Əkbərova məxsus mağazada;
Tovuz rayonunda
- Əyyublu kəndində Eldar Cəfərova məxsus mağazada;
Yevlax rayonunda
- Tanrıqulular kəndində Mədinə İsmayılovaya və Mətanət İsmayılovaya məxsus mağazalarda;
Quba rayonunda
- Bağbanlı kəndində Nadir Ərzimanova məxsus mağazada;
Xaçmaz şəhərində
- N.Nərimanov küçəsində Sevinc Rəcəbovaya məxsus mağazada;
Cəlilabad şəhərində
- M.Hüseyn küçəsi 2 ünvanında Ramin Nağıyevə məxsus mağazada;
Oğuz şəhərində
- 20 Yanvar küçəsində Namiq Məcidova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.