...

Azərbaycanda turizm informasiya köşkləri yaradılacaq (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2015 16:05 (UTC +04:00)
Azərbaycanın bölgələrində turizm informasiya köşkləri quraşdırılacaq.
Azərbaycanda turizm informasiya köşkləri yaradılacaq (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanın bölgələrində turizm informasiya köşkləri quraşdırılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, köşklərin quraşdırılmasında məqsəd Turizm İnformasiya mərkəzlərinin işinin təkmilləşdirilməsi və daha çox turistə xidmət göstərməkdən ibarətdir. Məlumatda qeyd olunur ki, qurum ilk belə layihəni Lənkəran rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirəcək. Layihə uğurlu olsa Azərbaycanın digər turizm bölgələrində də köşklərinin quraşdırılması gözlənilir.

Qeyd edək ki, bu gün paytaxt Bakıdan savayı ölkənin şəhər və rayonları üzrə ümumilikdə 15 belə mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran, Mingəçevir, Şəmkir) fəaliyyət göstərir. Bunlardan Qəbələ, İsmayıllı, Bərdə və Qusar Turizm İnformasiya mərkəzləri yeni fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti