...

Son 3 ildə buraxılış imtahanlarında "2" alan 9-cu sinif şagirdlərinin sayı azalıb

Cəmiyyət Materials 12 Sentyabr 2015 19:31 (UTC +04:00)
Son 3 ildə buraxılış imtahanlarında “iki" qiyməti alan 9-cu sinif şagirdlərinin sayı 14 faizədək azalıb.
Son 3 ildə buraxılış imtahanlarında "2" alan 9-cu sinif şagirdlərinin sayı azalıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Son 3 ildə buraxılış imtahanlarında "iki" qiyməti alan 9-cu sinif şagirdlərinin sayı 14 faizədək azalıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

2012-ci ildən başlayaraq, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdikləri nəticələrin ildən-ilə yaxşılaşdığını deyən nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi üçün növbəti illərdə də əsas prioritet şagirdlərin nailiyyətlərinin yaxşılaşmasıdır: "Bizdə cəmiyyətdə belə bir gözlənti var ki, bütün şagirdlərimiz əlaçı olmalıdır. Halbuki dünyanın inkişaf etmiş bir çox ölkələrində şagirdlərin 15-20 faizi məktəbi "iki" qiyməti ilə başa vurur. Bu, yaxşı hal deyil, amma reallıqdır. Çünki hər 5 şagirddən birinin təhsilə marağı olmaya bilər".

E.Əmrullayev əlavə edib ki, Təhsil Nazirliyinə tabe olan orta məktəblərdə şagirdlərin 93-94 faizi 9-cu sinfi müvəffəq qiymətlə qurtarır: "Bu da çox qənaətbəxş haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti