...

Bakı-Sumqayıt qatarı Siyəzənə gedib çıxıb? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 21 Sentyabr 2015 13:24 (UTC +04:00)
Sentyabrın 20-də sosial şəbəkələrdə yayılan “Yolu səhv saldı, Siyəzənə getdik...” başlıqlı yazı geniş müzakirələrə səbəb olub.
Bakı-Sumqayıt qatarı Siyəzənə gedib çıxıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Yolu səhv saldı, Siyəzənə getdik..." başlıqlı yazı geniş müzakirələrə səbəb olub.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, qatarın Siyəzənə hərəkət etməsi həqiqətə uyğun deyil: "Əvvəla, məlumat üçün bildiririk ki, elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi profilaktik işlərin görülməsi ilə əlaqədar dəyişikliklər edilib. Marşruta dəyişiklilk edilərək qatarlar Baş Sumqayıt stansiyasına daxil olaraq hərəkət istiqamətini dəyışib, Sumqayıt sərnişin stansiyasına hərəkət ediblər. Qatarın Siyəzənə hərəkət etməsi həqiqətə uyğun deyil, sərnişınlərin rahat getməsi ucün 396 oturacaq yeri var, nəzərə alsaq ki, 19 sentyabr tarixində gün ərzində hər reysə 100-150 bilet satışı olduğu təqdirdə ayaq üstə gedənlərin olması inandırıci deyil".

N.Əzməmmədov bildirib ki, qatarları idarə edən maşinistlər böyük təcrübəyə malikdirlər və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş qatarların idarə etməsi üçün xüsusi hazırlıq keçiblər: "İstənilən mətbuat orqanı dəmir yolu kimi spesifik bir sahədən səriştəsiz, bu sahəyə bələdçiliyi olmayanların yazı hazırlamasına imkan verməməlidir.

Son olaraq bildiririk ki, dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. Belə insanların yazdıqları "Azərbaycan Dəmir Yolları" QSC-də aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti