...

3 ay ərzində 4687 nəfər qan verib

Cəmiyyət Materials 5 Oktyabr 2015 16:57 (UTC +04:00)
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
3 ay ərzində 4687 nəfər qan verib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə iyun-sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Qazatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak edib.

Tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti