...

Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun saxlanılması barədə açıqlama

Cəmiyyət Materials 21 Oktyabr 2015 11:13 (UTC +04:00)
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun saxlanılması barədə məlumatlar yayılıb.
Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun saxlanılması barədə açıqlama

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunaraq, saxlanıldığı barədə məlumatlar yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün İstehsalat Birliyinə edilən zəngə cavab olaraq qəbul şöbəsindən Trend-ə B.Hüseynovun bu gün işə gəlmədiyi, onun saxlanılması ilə bağlı isə hər hansı informasiyaların olmadığı bildirilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbərinin müavini Xankişi Kişiyev isə Trend-in suallarını cavablandırmaq səlahiyyətinin olmadığını deyib.

Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti