...

"ASAN Könüllüləri" yeni innovativ layihəyə start verib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 17:41 (UTC +04:00)
“I Club” layihəsinin əsas məqsədi innovativ ideaları olan gənclərə həmin ideaları həyata keçirməyə yardım etmək və bununla da gənclər arasında elmə olan marağını artırmaqdır.
"ASAN Könüllüləri" yeni innovativ layihəyə start verib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən "I Club" layihəsinin əsas məqsədi innovativ ideaları olan gənclərə həmin ideaları həyata keçirməyə yardım etmək və bununla da gənclər arasında elmə olan marağını artırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərəcək "I Club" mərkəzinə ilk növbədə maraqlı ideaları olan gənclər cəlb olunacaq və onların idealarını həyata keçirmək üçün müxtəlif dövlət və qeyri dövlət qrumları ilə əməkdaşlıq qrulacaq. Beləliklə, "I Club" bir növ idea axını və ideaların həyata keçirilməsi qovşağına çevriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən layihənin təqdimat mərasimində "ASAN Könüllüləri" təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildlirib ki, "I Club" layihəsindən təkcə ASAN könüllüləri deyil, innovativ fikirləri olan və elmə marağı olan bütün gənclər yararlana biləcək və "I Club" gənclərin innovativ idealarının həyata keçməsi üçün böyük bir qovşaq olacaq.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları şöbəsinin sədr müavini və "ASAN School" Könüllülük Proqramının rəhbəri Cahangir Hacıyev çıxış edərək, layihəni gənclərin idealarının qiymətləndirilməsi baxımından yüksək qiymətləndirdiyini bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "ASAN Könüllülərinin I Ümumrespublika Forumu"nda iştirak edərkən gənclər qarşısında bir sıra tapşırıqlar qoymuşdu. Bu tapşırıqlardan biri də elmə yönəlik innovativ ideaların həyata keçirilməsi idi. Düşünürəm ki, ASAN Könüllülərinin "I Club" layihəsinin də bu tapşırığın yerinə yetirilməsi istiqamətində böyük əhəmiyyəti olacaq.

Çıxış edən gənc alim Şamo İsayev öz idealarının həyata keçirilməsi zamanı bəzən çətinliklərlə qarşılaşdığını və bu layihənin gənclərin daha innovativ düşünməsinə, elmə marağının artmasına və ideaların daha asanlıqla həyata keçirilməsinə səbəb olacağına inandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti