...

Bakı-Sumqayıt yolunda böyük tıxac əmələ gəlib

Cəmiyyət Materials 24 Oktyabr 2015 22:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt yolunda aparılan işlərlə əlaqədar böyük tıxac yaranıb, avtomobillərin hərəkəti dayanıb.

Trend-in məlumatında görə, tıxac Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə ilə əlaqədar yolda yaranmış çatların aradan qaldırılması və yeni asfaltın çəkilməsi səbəbindən yaranıb.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

Xəbər lenti

Xəbər lenti