...

Azərbaycanda 12 mindən çox tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

Cəmiyyət Materials 27 Oktyabr 2015 15:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12 350 nəfər tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin olunur.
Azərbaycanda 12 mindən çox tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən 12 350 nəfər tənha ahıl və əlil vətəndaş evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 9974 nəfərini qadınlar, habelə 1007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər.

Müvafiq qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.

Hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti