...

DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

Cəmiyyət Materials 2 Noyabr 2015 11:56 (UTC +04:00)
DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb.
DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) öz saytı, "Elektron hökümət" portalı və "Hökumət Ödəniş Portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

DSMF İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF-də vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti